LAYİHƏLƏRİMİZ

Boulevard Tower Residence layihəsi

Bu gün sizinlə “Boulevard Tower Residence” da A-dan Z-yə təhvil verdiyimiz mənzilin mebellərinin şəkillərini bölüşəcəyik.
Qarderob otağı mənzildə yerə mümkün qədər qənaət etmək, gündəlik və mövsümi olmayan geyimlərin, əşyaların, ayaqqabıların saxlanması üçün ideal həll hesab edilir.
Qapı rolunu da oynayan şüşə və profil arakəsmə qarderob otağının girişinə şık və səliqəli görünüş əlavə etmişdir.
Qarderob otağı müştərinin istəyi əsasında mümkdün qədər funksional dizayn edilmişdir. Mebeldə quraşdırılmış xüsusi funksional elementlər - şalvar rəfləri, ayaqqabı yerləşdirmək üçün hissə, asılqanlar əşayaların istifadəsini asanlaşdırır və əlavə olaraq görünüşünü qoruyur.
Qarderob mebellərində Avropa istehsalı olan laminat panellər istifadə edilmişdir.

Mətbəx mebeli müşətirinin istəyi əsasından neoklassik üslubda dizayn edilmişdir.
Neoklassik üslub mətbəx dizaynına qərar verərkən ən populyar seçimlərdən biri hesab edilir. Bu üslub klassiklərin incəliyini müasir üslubların praktikliyi ilə birləşdirərək, ənənəvi elementləri ən son texnologiya ilə sintez edib, gözə xoş gələn və rahat olan mətbəx mebeli dizaynı yaradır.
Mebel seçim əsasında tavana qədər olmaqla dizayn edilmişdir. Seçilən Ral 7040 Window Grey ve Ral 7035 Light Grey rənglər üslub ilə bütünlük yaradaraq, göz oxşayan mebel yaratmağa və mətbəxdə isti ab-hava əlavə etməyə kömək olmuşdur. Mərkəzdə masa ilə yanaşı dizayn edilən ada, saxlama və iş sahəsi kimi funksionallığada malikdir.
Mebel MDF boya materialından hazırlanmışdır. İstifadə edilən furnitura və aksesuarlar (qaşıqlıq, tullantı qabı) Alman firmalarına məxsusdur.

Hamam otağı dizaynı bütün gün üçün əhvalınızı müəyyən edə bilər. Müştərimizin istəyi əsasında dizayn edilən hamam otağı mebelləri funksional və zərif olması ilə diqqəti özünə cəlb edir.
Hamam otağında quraşdırılmış moydadır və dolablar MDF boya materialından hazırlanmışdır. Rəng kodu: RAL 1013 Oyster White, üstü akrilik süni daş, furnitura Almaniya Hettich
Çəhrayı rəngdə dizayn edilən hamam otağında quraşdırılmış moydadırın rəng kodu: Ral 3015 Light Pink
Hamam mebellərinin üstü akrilik süni daşdır. Mexanizm və furnituralar Alman firmalarına məxsusdur.