LAYİHƏLƏRİMİZ

Blue Residence Layihə

Bu dəfə sizə “Blue Residence” da olan yeni modern üslubda dizayn edilmiş layihəmizi təqdim edirik.

Dizaynerimiz müştərimiz ilə görüşdükdən sonra, onun istəyi və ehtiyaclarını nəzərə alaraq, hər zamankı kimi hər bir müştəriyə xas olan xüsusiyyətlərə malik mətbəx layihəsinin proyektini hazırlayıb. Peşəkar komandamız istəklər əsasında hazırlanmış proyekti xüsusi diqqət ilə reallığa çevirərək təhvil vermişdir.

Məkanda mümkün qədər istifadəni rahatlaşdırmaq və həmçinin geniş iş sahəsi, çoxlu saxlama sahəsi təmin etmək üçün künc mətbəx planı seçilib. Hündür asma dolab və tavana qədər olan dizayn mətbəxi funksional və geniş etmişdir.

Seçilmiş MDF + boya olan qara rəng və MDF + şpon olan ağac teksturası məkana isti və xoş ab-hava əlavə etmişdir. Bu rəng sintezi mətbəxi daha da şık və zöqvlə dizayn edilmiş məkana çevirmişdir. Qara rəngdə seçilmiş Corian dəzgahlıq isə mətbəx dəstini tamamlayaq özünə xas nəciblik gətirmişdir.