LAYİHƏLƏRİMİZ

“Blue Residence” Layihəsi

Sizə növbəti, “Blue Residence ” yaşayış kompleksində, təhvil verdiyimiz layihəni təqdim edirik.

 Təhvil verdiyimiz Layihə  mətbəx mebeli klassik üslubda, qonaq otağı isə modern üslubunda dizayn edilib.
Neoklassik interyer klassik üslubun ən yaxşılarını və dövrümüzün ən son tendensiyalarını özündə birləşdirir.
Evə daxil olduğumuz zaman ilk gözə çarpan məkan giriş zalıdır. Bu üslubda olan giriş zalı zərifliyi və lüksü özündə birləşdirir. Neoklassik mətbəxlər üslubun çox yönlü və dəyişkənliyi sayəsində gözəl və müasir görünür. Yenilənmiş klassik mətbəx interyeri üçün zərif və dəbli dizayn axtaranlar üçün ən yaxşı seçimdir.
Mətbəx dizaynında neoklassizm klassikliyin zərifliyini və dəbdəbəsini, eləcə də sadəliyi və lakonikliyi nəzərdə tutur. Fərqləndirici xüsusiyyəti süni materialları təbii materiallarla əvəz etməkdən ibarətdir.
Daxili bəzək üçün materialların diqqətlə seçilməsi olmadan neoklassik mətbəxi gözəl dizayn etmək mümkün deyil. Bunların hamısı bir-biri ilə ahəngdar şəkildə birləşməli və üzvi dizayn yaratmalıdır.
Mətbəx mebelinə təsir edən əsas şərtlərdən biri dəzgahlıq və fitinqlərdir. Bu mətbəxdə istifadə etdiyimiz Dəzgahlıq “Corian” şirkətinə məxsusdur. Corian mətbəxin gözəlliyini, praktikliyini, zərifliyini və onun möhkəmliyini vurğulayır.
Fitinqlər isə “Hettich” brendinə məxsusdur.
Bu alman istehsalçısının köməkçi mebel elementləri yüksək keyfiyyətə və unikal dizayna malikdir.

Mətbəx mebelindən yanaşı, müasir üslubda qonaq otağının interyeri lakonik, sadə və  eyni zamanda funksionaldır.
 Layihənin tərtib zamanı otaqda müxtəlif növ dekorativ elementlərdən istifadə olunub. Divar şpon üzləmələri həm sadə həm də orijinal görünür.

Əlavə olaraq, interyerə mükəmməl şəkildə uyğunlaşan kamin - unikal abu-hava yaradaraq, otağa istilik, zəriflik və yüngüllük hissi gətirir.