LAYİHƏLƏRİMİZ

Belvedere Residence layihəsi

Bu gün sizinlə “Belvedere Residence” da A-dan Z-yə təhvil verdiyimiz layihəmizin şəkillərini bölüşəcəyik.

Giriş zalı mənzilin əsas diqqət çəkən məkanıdır. Bu sahədə dizayn edilmiş dresuar zərif rəngi və şık dizaynı ilə diqqəti asanlıqla özünə cəlb edir. Ral 9003 Signal White, korpus ağ mat MDF-dir. Qızılı elementlər F2 qızılı

Dəhliz dolabı fasad Ral 9003 Signal white, korpus ağ mat MDF

Dəhliz sahədə dizayn edilmiş bütün mebellərin fasadı MDF boyadır.

Qonaq otağı xüsusi diqqətlə dizayn edilməlidir. Funksional dizayn edilmiş TV Stend otağın mərkəzi sahələrdindən biridir. Fasad MDF Şpon-dur. Rəng xüsusi olaraq seçilmişdir. Üzləmə hissə isə akrilik süni daşdır.

Qonaq otağındakı üzləmə otağın ümumi dizayn ilə ahəngdar şəkildə uyğunlaşmışdır. Fasad olaraq istifadə edilmiş MDF boya və MDF Şpon rəngi isə özəl olaraq hazırlanmışdır. Mərmər effektinə malik üzləmə hissə isə akrilik süni daşdır.

Mətbəx mənzildə ev sahibinin zövqünü əks etdirdiyi məkanlardan biridir. Bu otağın dizaynına xüsusi qayğı ilə yanaşmaq lazımdır.

Mətbəx mebeli ağ rəngdə dizayn edilmişdir. Ağ rəng saflığın və nəcibliyin simvolu hesab edilir. Mebeldə istifadə edilmiş qızılı tutacaqlar isə mükəmməl detallardan biridir.

Mətbəx MDF Şpon üzəri boya materialından hazırlanıb. Ral 9003 Signal White, Korpus Ağ MDF-dir.

Dəzgahlıq akrilik süni daşdır.

Yataq otağı müştərinin istəyi əsasında olan rəng kompasizyaları ilə xüsusi dizayn edilmişdir.

Yataq otağındakı üzləmə Ral 9003 Signal White, qızılı detallar paslanmayan poladdan hazırlanmışdır.

Dolab Ral 9003 Signal White

Otaqda dizayn edilmiş makiaj masası və TV Stend MDF boya materialından hazırlanmışdır. Ral 7037 Dusty Grey və Ral 9003 Signal White. TV Stendin arxa hissəsindəki üzləmə akrilik süni daşdır.

Tumba fasadı MDF boya-dır. Ral 7037 Dusty Grey və Ral 9003 Signal White

Oğlan yataq otağı dolab fasad MDF boya-dır. Ral 9003 Signal White, korpus Ağ mat MDF-dir.

Masa ve TV stend MDF boya-dır. Ral 7045 Telegrey və Ral 7012 Basalt Grey, korpus MDF-dir.

Tumba MDF boya Ral 7045 Telegrey