LAYİHƏLƏRİMİZ

Belvedere layihə

Bu gun sizinlə “Belvedere Residence” də təhvil verdiyimiz layihənin şəkillərini bölüşəcəyik.

Mətbəx mebeli bizim showroom`da olan “Natur” kolleksiyasından ilhamlanaraq müştərinin istəklərini nəzərə almaqla modern üslubda dizayn edilmişdir.

Tavana qədər olan mətbəx mebeli, tələb olunan bir tendensiyadır. Mətbəx mebeli saxlama sahəsini artırmaq məqsədi ilə tavana qədər dizayn edilmişdir. Divarlar və tavan arasında boşluqlar olmayan bir dəst mətbəx üçün cəlbedici və funksional bir həlldir.

Mətbəx mebelindəki fasadlar MDF boya və Avstriya istehsalı olan LDSP materialıdır. Rəng xüsusi dizayn edilmişdir. LDSP kodu H3133

Dəzgahlıq və divar paneli akrilik süni daş olmaqla eyni materialdan hazırlanmışdır.

Furnitura və aksesuarlar (qaşıqlıq, tullantı qabı və s.) Alman firmasına məxsusdur.

 

Mənzildə camaşırxana otağının olması müasir və yeni tendensiyadır. Bu dizayn, çox praktik və rahat hesab edilir.

Camaşırxana otağında Avropa istehsalı olan LDSP materialından istifadəedilib.Furnitura Alman firmasına məxsusdur.