LAYİHƏLƏRİMİZ

Baku City Residence Olimpic Layihəsi

Sizinlə “Baku City Residence Olimpic” layihəmizin mətbəx mebelinin fotolarını bölüşürük.
Bu mətbəx modern minimalist elementlər üzərində qurulub, yüksək səviyyəli, sakit və zamansız dizayndır.
Üst fasadda "Laura" kolleksiyasına aid olan "Antique wood" rəngindən, digər hissələrdə isə "Soft" kolleksiyasına məxsus olan "Mink" rəngindən istifadə edilib.
Dəzgah və divar paneli "Miracle Stone” akrilik kolleksiyasına məxsus olan "Brown Nebula" rəngindədir.
Dizayn etdiyimiz mətbəxdə funksionallıq və estetika mükəmməl balans təşkil edir. Üst dolabda quraşdırılmış yuyulmuş qabları qoymaq üçün mexanizm mətbəxdə həm səliqə, həm də maksimum rahatlıq yaradır. Xüsusilə mərkəzdə quraşdırılmış ada mətbəxin əsas fokus nöqtəsidir — həm iş səthini genişləndirir, həm də gündəlik istifadədə böyük rahatlıq yaradır.
Siyirmə sistemlərinin tünd antrasit rəngdə seçilməsi, qaraya yaxın tonu ilə mətbəxə daha premium və müasir görünüş qazandırır. Bu detal dizaynın ümumi keyfiyyət hissini nəzərəçarpacaq dərəcədə artırır.
Müştərinin ən çox bəyəndiyi məqamlardan biri isə bölgünün düşünülmüş şəkildə planlaşdırılması oldu. Üst dolabların bəzilərində 3, bəzilərində isə 2 rəf sisteminin tətbiqi müxtəlif hündürlükdə olan qab-qacaq və mətbəx əşyalarını rahat şəkildə yerləşdirməyə şərait yaradır. Əvvəlki dizaynda mətbəx böyük olsa da, əşyalar daim göz önündə qalırdı. Bu mətbəxdə isə ölçülər daha kompakt olmasına baxmayaraq, hər şey səliqəli və rahat şəkildə yerləşdirilib.