Sizinlə “Baku City Residence” layihəmizin mətbəx mebelinin fotolarını bölüşürük.
Layihəmizin mətbəx mebeli neoklassik üslubda dizayn edilib. Altair kolleksiyasından seçilən “Pure White” rəngli bu mətbəx mebeli müasir və zərif dizaynı ilə interyerə təmizlik və genişlik hissi bəxş edir. Minimalist ağ tonlar məkanın işıqlığını artırır və digər dekorativ elementlərlə mükəmməl harmoniya yaradır.
Dəzgah səthi “Miracle Stone” kvars kolleksiyasından “Afina” modelidir. Bu model həm estetik, həm də funksional keyfiyyəti ilə seçilir. Kvars səthi cızılmaya, rütubətə və yüksək temperatura davamlıdır, eyni zamanda mətbəxə cəzbedici görünüş qatır.
Mebel konstruksiyasında tutacaqlı işləmə klassik və rahat istifadəyə imkan. Düşünülmüş funksional saxlama sahələri mətbəxin səliqəli və sistemli təşkilini təmin edir. Geniş alt dolablar, dərin çekmecələr və zövqlə bölünmüş iç strukturlar bütün əşyaların öz yerində olmasına kömək edir.
Mexanizm və furnituralar Alman firmalarına məxsusdur.