LAYİHƏLƏRİMİZ

Azinko Layihə

Bu dəfə sizə “Azinko yaşayış kompleksin” də dizayn etdiyimiz neoklassik üslubda olan layihəmizi təqdim edirik.
Müştərimizin bizə tədqim etdiyi mətbəx planı və arzuladığı model və istəklər əsasında dizaynerimiz onun üçün çox detallı mətbəx layihəsi hazırladı. Peşəkar komandamız isə bu layihəni mükəmməllik ilə reallığa çevirdi. Bizdə sizə bu layihənin bütün detallarını təqdim edirik ki, sizdə baxıb zövq alasınız.
Neoklassik üslub yeni və müasir tendensiyalardandır. Bu üslubla bütünləşmiş rənglərdən biri ağ də ağ tonlardır. Bu müasir tendensiya da müştərimizin seçimindəndə yan keçmədi. Mətbəx mebeli üçün seçilmiş tutacaqlar isə kiçik ama vacib detallardandır.
Mətbəxin mərkəzində dizayn etdiyimiz ada mətbəxə həm şık ab-hava həmdə istifadə rahatlığı əlavə edib. Adanın tərkibində müştərimizin istəyi ilə paltaryuyan maşın, qabyuyan maşın və mətbəx çanağı quraşdırılmışdır.
Mətbəx mebeli böyük zövq və zərifliklə dizayn edilmişdir. İstifadə edilmiş MDF+boya, akril daşından olan dəzgahlıq, alman mexanizm və furnituraları mətbəx mebelini tamamlayan detallardandır.