LAYİHƏLƏRİMİZ

Azadlıq Rezidence Layihəsi

Bu dəfə sizinlə “Azadlıq Residence” də təhvil verdiyimiz layihəmizin detallarını bölüşürük.
Girişdə bizi ilk dəhliz mebeli qarşılayır. Dəhliz mebeli mənzilin interyerinə uyğun olaraq ağ rəngdə dizayn edilmişdir. İstehsalında MDF materialından istifadə edilmişdir.
Mətbəx sözsüz ki, mənzilin ən vacib otaqlarından biridir. Mətbəxdəki mebel neoklassik üslubda dizayn edilib. Ağ rəng neoklassik mətbəxlər üçün standart rəngdir. Seçilmiş üslub və rənglə uyğunluq içərisində olan digər detallardan biridə qızılı rəngdə olan tutacaqlardır. Onlar mebeli tamamlayaraq zərif və eleqant görünüş əlavə edirlər. Mebeldə Alman firmalarına məxsus olan mexanim və furnituaralardan istifadə edilmişdir. Material MDF boyadır.
Dizaynerlərimiz 25 kv olan mətbəx otağında müştərinin istək və ehtiyaclarını nəzərə alaraq maksimum funksionallıq təmin edəcək və göz oxşayacaq mətbəx mebeli layihəsi hazırlamışdırlar.
Müasir mənzilin ən istifadəyə yararlı otaqlarından biridə qarderob mebeli otağıdır. Qarderob mebeli məkandan maksimum və funksional istifadəni təmin edir. Dizaynerlərimiz 4,4 kv sahədən maksimum istifadə edərək mükəmməl dizayna malik qarderob otağı mebeli hazırlamışdır. Mebel LDSP materialından hazırlanmışdır. İstifadə edilən mexanizm və furnituralar Alman firmalarına məxsusdur.
Layihədə təhvil verdiyimiz yataq otağı mebelləri və divar üzləməsi müştərimizin istəkləri əsasında incəlik və xüsusi diqqət ilə dizayn edilmişdir. Ağ rəng nəciblik simvolu hesab edilir. Məkanın mebellərində MDF materialından istifadə edilmişdir. Mexanim və furnituralar Alman firmalarına məxsusdur. Yatağın baş hissəsində dizayn edilmiş divar üzləməsi isə həm dekorativ həmdə funksional effektə malikdir.
Təhvil verdiyimiz hamam mebeli üçün seçilmiş rənglər otağın ümumi dekorasiyasını tamamlamış və məkana eleqant görünüş bəxş etmişdir. Dizayn edilmiş mebel MDF boya materialındandır. Rəng kodu ral 7037. Dəzgahlıq akril daşından hazırlanmışdır. İstifadə edilmiş furnituralar isə Alman firmalarına aiddir.
Digər hamam mebeli də müştərimizin istəyi əsasında iki nəfərlik olaraq dizayn edilmişdir. İncə zövqlə düşünülmüş hamam mebeli dizaynı otağın seçilmiş bütün detalları ilə uyğunluq içərisindədir. Hazırlanmasında MDF materialından istifadə edilmişdir. Seçilmiş rəng kodu ral 7006. Dəzaghlıq akril daşından hazırlanmışdır. İstifadə edilmiş furnitura Alman firmalarına məxsusdur.