LAYİHƏLƏRİMİZ

Azadlıq Palace Layihəsi

Bu dəfə sizə “Azadlıq Palace” də yerləşən modern üslubda dizayn edib təhvil verdiyimiz mətbəx mebelini təqdim edirik. Mənzildə yetərincə geniş sahə olduğu üçün mətbəx mebeli müştərimizin istək və ehtiyacları əsasında rahatlıqla dizayn edilib qurşadırılmışdır.
Modern üslub müasir dünyanın ayrılmaz hissəsidir. Mətbəxdə istifadə edilmiş hər bir detal əhəmiyyətlidir və diqqət mərkəzindədir. Seçilmiş rəng mebeli tamamlayaraq özünə xas nəciblik əlavə etmişdir. Şüşə fasadlı mətbəx dolabı interyerə xüsusi incəlik verməyə kömək etmişdir. Bu, hissədə yerləşdirilmiş qablar və bəzək əşyaları quraşdırılmış LED işıqlandırma vasitəsi ilə aydın görünərək mətbəxin vurğusuna çevrilmişdir. Mətbəxdə əlavə və mürəkkəb bəzəklərin olmaması mebeli daha da funksional və istifadəyə yararlı etmişdir.
Mebeldə Alman firmalarına məxsus olan mexanizm və furnituralardan istifadə edilmişdir. Dəzgahlıq üçün akril daşından istifadə edilmişdir. Mətbəx MDF materialından hazırlanmışdır.