LAYİHƏLƏRİMİZ

Ancora Residence Layihəsi

Sizə bu gün Ağ şəhər ərazisində yerləşən "Ancora Residence" layihəmizin mətbəx mebelinin şəkillərini tədqim edirik.
Neoklassik üslub, klassik elementlərin müasir yanaşmalarla birləşməsidir. Ağ rəngli mətbəx mebeli, bu üslubun ruhunu mükəmməl şəkildə əks etdirir. "Altair" mətbəx mebelindən ilhamlanaraq hazırlanmış bu dizayn, həm estetik, həm də funksional xüsusiyyətləri ilə diqqət çəkir.
Ağ rəng, genişlik və saflıq hissi yaradır. Mətbəxdə bu rəngin istifadəsi, işıqlı və açıq bir atmosfer təmin edir. Neoklassik üslubun zərif detalları ilə birləşən ağ mətbəx mebeli, hər kəsin diqqətini cəlb edəcək bir məkana çevrilir.
Mətbəx mebelində istifadə edilmiş dəzgahlıq “Miracle Stone” kolleksiyasına məxsus Akrilik daşdır, bu da onun estetik görünüşü və davamlılığı ilə seçilməsini təmin edir. Bu material, həmçinin müxtəlif rəng və tekstura seçimləri ilə mətbəxinizin dizaynını tamamlayır.
Dolab içi mexanizmlər, qaşıqlıq və s. mətbəxin daha səmərəli istifadəsini təmin edir. Əşyaları daha rahat və səliqəli saxlama imkanları yaradır.
Neoklassik dizaynda detallar vacibdir. Mətbəx mebelinin incə naxışları, zərif çəkilmiş çərçivələr və seçilmiş materiallar, bu üslubun lüksünü vurğulayır. Hər bir element, harmonik bir görünüş yaratmaq üçün düşünülmüşdür.
Modern həyatın tələblərinə uyğun, eyni zamanda klassik zərifliyi qoruyan bu dizayn, evin mərkəzi olmağı bacarırmışdır.