LAYİHƏLƏRİMİZ

Ağ Şəhər Layihəsi

Təqdim edəcəyimiz layihə “Ağ Şəhər”ə təhvil verdiyimiz müasir mətbəx mebelidir.

Mətbəx modern üslubunda dizayn edilib.  Layihənin tərtibi zamanı funksionallıq, komfort və rahatlıq əsas amillərdən idi. Mebelin tavana qədər olması, ağıllı saxlama həlləri, düşünülmüş tərtibat və dizayn nəticəsində bunlar əldə olunmuşdur. Qapıların üzərində xüsusi işləməli tutacaqlar istifadə üçün rahatlıq, ümumi interyerə isə mükəmməl və vahid bir görünüş verir.

Mətbəx sahəsində yerləşən rahat və erqonomik divan isə məkana xüsusi gözəllik qatır. 

Nəticə olaraq, layihə müştərinin istədiyi kimi müasir,funksional, sadə və bir o qədər də eleqant alınıb.