LAYİHƏLƏRİMİZ

9 Mkr Layihəsi

Layihənin tərtib zamanı əsas prioritet maksimum rahat, erqonomik və funksional, eyni zamanda gözəl görünüşə sahib olan mətbəx mebeli yaratmaq idi. Professional dizaynerlərimiz istənilən ölçüdə olan mətbəxi ideal tərtib edir.
Künc mətbəx mebeli kiçik ölçülü sahə üçün ideal seçimdir. Bu cür mətbəx mebeli erqonomiklik və kompaktlıq, praktiklik və komfortluğu ilə seçilir. Layihədə istehsal zamanı MDF boya materialından, dəzgahlıq hissəsində isə “Corian” mərmərindən istifadə edilmişdir.
Mətbəx neytral və universal olan ağ rəngdə dizayn edilib. Bu rəng sahəni vizual genişləndirərək, məkana harmoniya, sadəlik və zəriflik qatır.