LAYİHƏLƏRİMİZ

28 May Layihəsi

Buyurun, Sizə növbəti layihəni təqdim edirik.
Bu dəfə “German Studio” mütəxəssisləri tərəfindən layihələndirilmiş mənzilin - mətbəx, hamam, qarderob və digər mebellərini təqdim edirik. Layihə müasir interyerdə ən populyar istiqamətlərdən olan modern üslubunda dizayn edilib.

Mətbəx sahəsinin planlaşdırılması zamanı funksionallıq və erqonomika əsas amillərdən idi. Mətbəxin tavana qeder olması sahənin funksional və səmərəli istifadəsini təmin edir. Mebellərin hər bir elementi təyinatı üzrə istifadə olunub və konkret məişət yükü daşıyır. Bütün əşyaların öz yerində və əlinin altında olması mətbəxə rahatlıq qatmış olur. Mətbəx mexanizmlərin qulpsuz olması  isə sahəyə rahatlıq, funksionallıq və erqonomiklik qatmış olur. Mətbəx sahəsində yerləşən, daxili işiqlandırma ilə təchiz olunmuş eleqant dolab, mətbəx mebeli ilə ideal uzlaşaraq məkana ahəngdarlıq qatır.

Sadə və lakonik qarderob otağı siyirməli sistemlər, asılqanlar və digər mexanizmlər ilə təchiz olunub. Burada əsas funksionallıq idi. Praktiklik, formaların ciddiyi və lakonizm isə interyeri mükəmməl tamamlayır.

Orijinal dizayn, funksionallıq və mükəmməl keyfiyyəti uğurla birləşdirən hamam mebeli isə mənzilin ümümi interyerə ideal uyğunlaşır.

Layihənin tərtibi zamanı hər zaman olduğu kimi yüksək standartlara cavab verən keyfiyyət material ve mexanizmlərdən istifadə olunub.

11 il xidmətinizdə olan “German Studio” mətbəx və digər mebellərin tərtibi ilə professional məşğul olur.  İdeyanıza və zövqünüzə uyğun, fərdi və unikal, funksional və keyfiyyətli istənilən mebeli “German Studio”-da əldə edə bilərsiniz. “German Studio” ilə evinizdə bənzərsiz, rahat və komfortlu, təhlükəsiz və texnoloji bir atmosferi yaradın.