НАШИ ПРОЕКТЫ

Buzovna Bağ Evi Layihəsi

“German Studio”-dan növbəti, müştərinin bütün istəklərini nəzərə alaraq yerinə yetirilən, mükəmməl və keyfiyyətli layihəni sizə təqdim edirik. Müştərinin istəyi modern və loft üslubda dizayn edilmiş bir studio mətbəx idi. Dizaynerlərimizin ideal rəng çalarlarının seçimi, mat boz və qara tonlar təbii ağacla ideal uzlaşması sayəsində mətbəxə lyuksun və təbiliyin simfoniyasını qatır. Mətbəxin interyerində dəmir fasadlardan istifadə olunmuşdur. Loft üslubda dizayn edilmiş və mətbəxin alt şkaflarına uzlaşan geniş masa və oturacaq interyeri mükəmməl şəkildə tamamlayır.
Geniş və dərin güzgülü kupe-dolab, həm zahirən gözəldir, həm də daxilən ideal və çoxfunksionaldır. İç hissəsi detallara xüsusi diqqət yetirilərək dizayn edilmişdir. Şalvar və paltar asma mexanizmi, çəkməcələr, qalstuk və ayaqqabı üçün əlavə rəflər və s. - hər bir əşya öz yerini tapacaq. İncə işləmələrlə hazırlanmış dolab zala ayrıca şıklıq qatır. Qeyd edək ki, layihədə ancaq yüksək keyfiyyətli Avstriya istehsalı olan “Egger” və İspaniyanın “Alvik” materiallarından istifadə olunub. Furnituralar isə Almaniyanın məşhur “Hettich” şirkətinə məxsusdur.