İNTERYER HƏLLƏRİ

136 kv.m. Mənzilin İnteryer Həlli

88 kv.m. Mənzilin İnteryer Həlli

131 kv.m. Mənzilin İnteryer Həlli

220 kv.m. Mənzilin İnteryer Həlli

Estetik Klinika İnteryer Həlli

150 kv.m. Mənzilin İnteryer Həlli

86 kv.m. Mənzilin İnteryer Həlli

72 kv.m. Mənzilin İnteryer Həlli

75 kv.m. Mənzilin İnteryer Həlli

142 kv.m. Mənzilin İnteryer Həlli

78 kv.m. Mənzilin İnteryer Həlli

90 kv.m. Mənzilin İnteryer Həlli

170 kv.m. Mənzilin İnteryer Həlli

97 kv.m. Mənzilin İnteryer Həlli

72 kv.m. Mənzilin İnteryer Həlli

180 kv.m. Mənzilin İnteryer Həlli

Sizi veb saytımızda salamlamaqdan məmnunuq.

Bizim saytda siz maraqlı, çox yaradıcı və qeyri-adi interyer həlləri tapıb, bir dizayn layihəsi sifariş edə və alman istehsal mebeli əldə edə bilərsiniz. Əsrlər boyu Almaniya, insanların həyatlarına xüsusi bir fərqlilik əlavə etmək üçün yaradıcılıq və gözəllik mərkəzi olmuşdur. Və əlbəttə ki, alman interyeri sizin yaşayışınızı bəzəyəcək və onu təkrarolunmaz edəcək. “German Studio”- əsas vəzifəsi müxtəlif təyinatlı binaların: evlərin, mənzillərin, ofislərin abadlaşdırılması üzrə unikal həllərin yaratmaqdan ibarət olan bir komandadır. Təcrübəli dizaynerlərin yüngül əliylə istənilən məkan heyranlığa layiq olan dəbdəbəli interyeri əldə edəcək. Evdəki şəraitin nə qədər komfortlu olacağı və orada yaşayan insanların nə qədər ahəngdar və rahat olacağı məhz peşəkarlığa bağlıdır. Stil və yüksək keyfiyyət axtaran hər kəsə, yaxın əməkdaşlıq etdiyimiz ən yaxşı Alman mebel fabriklərinin məhsullarını təqdim etməkdən məmnunluq duyuruq. Alman mebelin mükəmməl keyfiyyəti hər zaman etalon olmuşdur və davamlılığı ilə seçilir, bu mebel illərlə öz möhtəşəmliyini qoruyub saxlayaraq nəsildən-nəslə ötürülə bilər. Sərt klassika və müasir modern, Avropa dizaynının dəqiq konturları və barokko üslubu – biz hər bir müştəriyə fərdi seçim təqdim etməyə çalışırıq. Bizim kataloqumuzda Siz temperamentinizə və həyat tərzinizə uyğun dəbli interyer həllərini tapa bilərsiz. Zəngin fantaziyaya maliksinizsə, unikal və eksklüziv olan fərdi layihə üzrə mebel sifariş edə bilərsiniz. Sadə və ya dəbli bir interyer - bu seçimi özünüzə buraxın, təcrübəli dizaynerlərimiz ən cəsarətli fikirlərinizi belə həyata keçirməyinizə kömək edəcəkdir.  "German Studio" şirkətinin dizayn şöbəsi artıq 10 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və şirkətimiz tərəfindən  mənzillərin və evlərin bir çox fərdi dizayn layihələri həyata keçirilmişdir.

German Studio müxtəlif sahə və stilistika layihələri üzərində işləyir və hər zaman Sizə (+994) 55 888 88 15 telefon nömrə və yaxud office@germanstudio.az elektron poçt vasitəsi ilə məsləhət verməyə hazırıq. Əlbətdə ki, Sizinlə şəxsən görüşməyə daha şad olardıq. Sizi “Bakı şəhəri, Xocalı prospekti 26” ünvanında yerləşən ofisimizdə gözləyirik. Əgər ofisimizə gəlməyə vaxtınız və ya imkanınız yoxdursa, zəng edin və biz məmnuniyyətlə görüş barədə razılığa gələrək məkanıza gələrik.

Uğurlu işimizin sirrini sizə açmağımızı istəyirsiniz? Biz sadəcə gözəl mebel və şık interyeri sevirik. İşimizdən necə sevinc və həzz aldığımızı hər bir müştəri ilə bölüşməyə çalışırıq! Bizi seçin və Sizinlə birlikdə fərdi interyerinizi, xarakteriniz və vərdişlərinizə uyğun, ruhunuzla yaradacağıq!