Störmer mətbəxləri

CERA

 

 

 STÖRMER alman mətbəx mebelləri Almaniyada 1958-ci ildən istehsal olunur. Störmer, həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Störmer, İtalyan üslubu ilə Alman keyfiyyətinin unikal birləşməsidir. Sirkətimizdə Störmər şirkətinə məxsus 300 növ fasadlı mətbəxlə tanış ola bilərsiz. Alman istehsal mətbəx mebelləri həm studiya tipli, həm də kiçik ölçülü mənzillər üçün ideal seçimdir. Störmer, ilk növbədə evinizdəki yeni texnologiya deməkdir.

Uğurumuzun sirri nədədir?

Müştərilərimizin ehtiyac və zövqlərini daha aydın başa düşərək, biz tez-tez tərafdaşlarımızla iş birliyi eləyirik. Tərəfdaşlarımızla fikir və informasiya mübadiləsi apararaq, onları inkişaflarımıza cəlb edirik. Störmer belə bir tərəfdaşlığı çox yüksək qiymətləndirir və yeni ideyaların tükənməz bir mənbəyi kimi görür. Biz partnyorlarımızın hər birinin tələblərinə hörmətlə yanaşırıq və əsrin yeni innovativ texnologiyaları ilə işləmək təcrübəsini qazanmışıq.

Konsepsiyamızı müəyyənləşdən faktorlar:

•       Dizayn, individuallıq (şəxsiyyət) və tərəfdaşlıq üçün məkan.

•       Layıhə, təməl modulu kimi və fərdi mətbəxin imkanları.

•       Fikir və layihə, təcrübə və yenilik arasındaki əlaqə.

Störmer, komponentləri  vaxtında çatdıran, qüsursuz və keyfiyyətlə istehsalata təqdim edən tərəfdaşlarına tamamilə etibar edir. Əməkdaşlıq elədiyimiz tərəfdaşlar arasında mətbəx furniturları, bərkitmə texnologiyası,  məişət mətbəx texnikası, müasir materiallardan hazırlanmış dəzgahlar, işıqlandırma, mətbəxin interyerinə ən uyğun istifadəsi üçün aksesuarlar və ağac texnologiyası sahəsində tanınmış istehsalçılar var. Bu gün Alman istehsalı mətbəx mebelləri dünyanın hər yerindən alıcılar tərəfindən seçilir. Mətbəxin ideal təsəvvürinizə uyğun olmasını istəyirsinizsə, o zaman mətbəxinizi Alman mebel şirkətlərinə etibar edin. Almanlar üçün alıcılara maksimal rahatlıq və Avropa standartlarına uyğun ən yaxşı keyfiyyətin təmin edilməsi vacibdir. Geniş çeşid və variasiya müxtəlifliyi sayəsində hər kəs arzu elədiyi unikal mətbəx interyeri sahibi ola bilər.

      Störmer - özəl layihələr əsasında istehsal olunan mətbəx mebelləridir. Məhsulların dəyərinə gəldikd də, material, texnologiya, zaman və bəzi digər nüanslara görə qiymətlər bir neçə alt qrupa bölünür. Beləliklə, müştərilərin həmişə seçim etmə imkanları var.

2010-cu ildə German Studio ilə Störmer Kuchen arasında bir əməkdaşlıq başlanmışdır, hansı ki, bu günə qədər davam edir. Bu gün salonumuzda yalnız özəl sifarişlə metbex mebeli deyil, həmçinin, qonaq, yataq, hamam otağı mebelləri və  daxili qapılar əldə edə bilərsiniz. German Studio mətbəxinizə həqiqi alman keyfiyyəti ilə yanaşı gözəllik, estetik və funksionallıq qatacaq. Zövqünüzə görə bənzərsiz və misilsiz mətbəx yaratmaq üçün Azərbaycanda aparıcı Alman mebel istehsalçılarından biri olan Stormer kimi eksklüziv markaları təklif edirik.

“Məşhur Alman dəqiqliyi darıxdırıcı gəlir? Bizim üçün deyil.Əgər həmin dəqiqlik olmasaydı, heç bir fərdi istehsal və keyfiyyət də olmazdı.Təhlükəsizlik və güvən də olmazdı. Bu isə bizim müştərilər və biznes tərəfdaşlarımızın xüsusilə dəyər verdiyi dəyərlərimizdir. 1958-ci ildə qurulduğumuzdan bəri buna zəmanət verdik.”

                                                                                                                                                                                 Christoph Fughe

                                                                                                                                                                                 CEO, STÖRMER