XƏSTƏLƏNMƏMƏK ÜÇÜN NƏ İÇMƏK LAZIMDIR: İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRƏN 6 EFFEKTİV İÇKİ

Soyuqdəymə və qrip haqqında düşünməmək üçün immuniteti həmişə qorumaq lazımdır. İnsan orqanizmin immunitet sisteminin ən vacib vasitələrindən biri xüsusi bir molekul sinfi olan immunoglobulinlərdir. Orqanizm onları özü təmin edir, lakin bəzən köməyə ehtiyac duyur. Sadə və ləzzətli yollarla. Məsələn, yerkökü və ya quşüzümü suyu immunitet sisteminin hüceyrələrindəki metabolik prosesləri yaxşılaşdıran vitaminlərlə zəngindir. Üzüm suyunun tərkibində immuniteti artıran selenyum var.  Sitrus meyvələri və göyərti immunitet və tənəffüs sistemini gücləndirir.

 

immunitet-german-studio   immunitet-german-studio

 

İtburnu çayı

İtburnu cövhərin tərkibində çoxlu miqdarda C vitamini mövcuddur— qara qarağatdan 10 dəfə, limonda olduğundan isə 50 dəfə çoxdur. İtburnunun tərkibindəki fruktoza endorfin tədarükçüsü olur və sevinc serotonin hormonunun istehsalına kömək edir.

Hazırlanması:
Bir ovuc quru itburnunu götürün, yaxşıca yuyun. İtburnuları termosa əlavə edib üstünə qaynar su töküb gecə boyu saxlayın. Növbəti səhər gün ərzində və gecə bal əlavə edib içə biləcəyiniz içki əldə etmiş olursunuz.

 

immunitet-german-studio   immunitet-german-studio

 

Zəncəfilli çay

Zəncəfil bağırsaqların toksinlərdən təmizlənməsi prosesinə kömək edən və bununla da bədənin immunitet müdafiəsini təmin edən güclü bir antioksidandır.

Hazırlanması:
Zəncəfilin kökünü 2 xörək qaşığı alınacaq qədər sürtkəcdən keçiririk və sonra bir litr qaba qoyub (çaydan), üzərinə 1-2 xörək qaşığı adi yaşıl çay, 3 xörək qaşığı təzə limon suyu, 1 xörək qaşığı bal əlavə edirik.

 

immunitet-german-studio   immunitet-german-studio

 

Çaytikanı çayı


Cəmi 100 qram çaytikanı orqanizm üçün lazım olan gündəlik vitamin ehtiyacını bərpa edir. Bu giləmeyvə soyuqdəymə və öskürək üçün əla vasitədir (xüsusən balla qarışdırıldıqda), yuxarı tənəffüs yollarının müalicəsində kömək edir.

Hazırlanması:

100 qr çaytikanını blenderdə üyüdün, istəyə görə 2 xörək qaşığı darçın, bal və anis əlavə edin. 500 ml qaynar su tökün və 5-7 dəqiqə dəmləyin.

 

immunitet-german-studio   immunitet-german-studio

 

Kök və limonlu kokteyl

B qrupu vitaminləri, karoten, C vitamini, natrium, kalium, fosfor və dəmirdən ibarətdir. A vitamini qanda infeksion maddələri təsirsiz hala gətirən T-lenfositlərin lazımi səviyyəsini saxlamağa kömək edir. Limon C vitamini və antioksidantlarla zəngindir.

Hazırlanması:
Dörd böyük kökdən şirəni sıxın, yarım limonun şirəsini və bir az şəkər əlavə edin.

 

immunitet-german-studio   immunitet-german-studio

 

Yemişan içkisi

Yemişan şirəsi ürək əzələsinin işini stimullaşdırır, qavrayış sürətinə, yaddaş və iş qabiliyyətinə təsir göstərir, mövsümi avitaminozda istifadə olunur.

Hazırlanması:
1 stəkan itburnu, 1 yemək qaşıqı yemişan şırəsi, 1 çay qaşığı bal və bir az darçın qarışdırın.

 

immunitet-german-studio   immunitet-german-studio

 

Üzüm və ispanaqlı içki


Bu smuzi hemoglobinin artmasına, əhvalı yaxşılaşdırmağa və enerji ehtiyacının ödənilməsinə yardımçı olur. Yaşıl ispanaq yarpaqları xəstəlikdən sonra bərpa dövründə immunitet sistemini gücləndirməyə kömək edir. Təzə xiyarın tərkibində tiroid bezinin normal işləməsi üçün lazım olan yod vardır.

Hazırlanması:
Təzə ispanağı (100 qr) yuyun və sərt gövdələri kəsin. Böyük yarpaqları, blenderdə daha yaxşı üyüdülməsi  üçün xırdalamaq arzu olunandır. Üzümün (100 qr) toxumlarını çıxarın, xiyarı təmizləyib doğrayın. Blenderdə hamar olana qədər qarışdırın.

 

immunitet-german-studio   immunitet-german-studio