MÜASİR İSTERYER ÜÇÜN ŞIK QAPI MODELLƏRİ NECƏ SEÇİLMƏLİ?

Müasir materialların geniş çeşidi fərdi sifarişlər üçün qapılar istehsal etməyə və orijinal üslub həllərini tətbiq etməyə imkan verir.

 

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Sahənin ifadəli interyerinin yaradılması üçün dizaynın hazırlanması zamanı mebel, işıqlandırma, xüsusilə otaqlararası qapılar daxil olmaqla, bütün komponentləri nəzərə almaq lazımdır. Çox vaxt məhz bu amillər mənzil və ya şəxsi bir evin dizaynın formalaşmasında həll edici roll oynayırlar. Düzgün seçilmiş bir şık qapılar, ən sadə layihəni belə çox effektiv və dəbdəbəli göstərir.

 

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Qapı seçərkən diqqət yetirməli olduğunuz əsas məqamları daha ətraflı nəzərdən keçirək.

Ümumi üslub

Məhsulların dizaynı, materialı və dekorasiyası ümumi dizayn həllindən asılı olaraq dəyişilir. İnteryerin bütövlüyünü qorumaq üçün eyni istehsalçıdan otaq qapıları quraşdırmaq və ya vahid rəng qammasında yerinə yetirilmiş modelləri seçmək tövsiyə olunur.

 

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Qapı istehsalında istifadə edilən material:

Ən zərif və sanballı, eyni zamanda şık qapı modelləri ağacdan hazırlanır - şam, fıstıq, göyrüş; qiymətli palıd materialı isə elit nümunələr üçün istifadə olunur. Yeni texnologiya otaq qapıların istehsalı üçün plastik, MDF, DSP, şüşə, alüminium və onların birləşmələrindən istifadə etməyə imkan verir.

 

qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio

qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Açılma konstruksiya və mexanizmləri

  • Sadə açılan qapılar. Bu klassik variantı yüksək səskeçirməzliyi ilə seçilir.
  • Sürüşmə modelləri ( kupe, penal). Çox populyar olan belə modeller sahəni əhəmiyyətli dərəcədə artırır və istifadə də rahatdır. Bu modeldə daha çox müasir dizaynı olan qapılara, alüminium, şüşədən hazırlanmış zolaqlara və s. rast gəlinir.
  • Qatlanan konstruksiyalar. Bu modellərin iki növü var – akkordeon və kitab. Onlar otaq sahəsini əhəmiyyətli dərəcədə qənaət etməyi imkan verir; bu cür qapılar ümumiyyətlə sərfəli seçimdir və baha olmayan materiallardan hazırlanır.
  • Dönmə qapılar. Belə bir konstruksiyalı qapılar etibarlı və funksional dizaynı ilə müştərilərin sevgisini qazanmışdır.

 

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Qapıda dekorativ işlənməsi

  • Şüşələmə. Bu üsul qapı yarpaq dekorasiyasında ən geniş yayılmış sayılır. Bir neçə şüşələmə metodu var:
  1. Şəffaf. Klassik versiya.
  2. Qumlanmış. Üst təbəqəni təzyiq altında kvars qumu ilə çıxarmaq çox effektli dizayn, bəzək və ya sadəcə gözəl bir mat səth əldə etməyə imkan verir.
  3. Ton və yaxud aynalanmış. Bu səth minimalizm üslubda interyerlərlə mükəmməl uyğunlaşır.
  4. Rəngli şüşə və ya akrildən vitraj. Möhtəşəm görünür və müxtəlif üslublarda hazırlana bilər.
  • Fyuzing - vitrajın bir növüdür. Fyuzing, vitraj parçalarının çox yüksək temperatur şəraitində vahid bir tərkib halına gətirilərək hazırlanır. Həm hamar, həm də qabarıq, həcimli ola bilər.
  • Döymə. Dekorun metal elementləri qapıya orta əsr koloriti bəxş edir.
  • Parlaq rənglərdən daha çox istifadə olunması. Təzə və orijinal görünür. Yeni müasir trend-aeroqrafiya (pulverizatorun köməyi ilə çəkilmiş rəsm).
  • Şponlanmış otaq qapıları. Qapı konstruksiyalarının dekorasiyasında çox aktual tendensiyadan sayılır.
  • Oyma. Bu texnikanın köməyi ilə heyrətamiz dərəcədə gözəl taxta qapılar hazırlanır. Məhsullar çox zərif və dəbdəbəli görünür.

 

qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-otaq-qapilari-qapilar-Bakida-qapi-modelleri-German-Studio

 

Qapıların rəng çalarların seçimi

İsti təbii rənglər "klassik", "kantri", "etno" üslublarına uyğun gəlir, soyuq qamma "hay-tex", "techno", "minimalizm" üslublarda üstünlük təşkil edir, "barok"-a üçün isə çox tünd və ya açıq rənglər daha uyğun hesab edilir. Qapıların döşəmə və ya mebel səthinin rənginə uyğun olmasına dair ciddi qaydalar mövcud deyil, həm oxşar, həm də ziddiyyətli çalarlar uğurla istifadə olunur. Müasir tamamlama lak-boya materialları, yarpaq rəngini istənilən çalarlarda yerinə yetirməyə imkan verir.

 Müasir otaqlararası qapılar - son istehsal tendensiya və təzə üslub həllərinin birləşməsidir.  Müxtəlif qiymət seqmentlərində qapıların istehsalı, German Studioda hər kəsə yüksək keyfiyyətli və bəyəndiyi variantı seçməyə imkan verir.

 

qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio   qapi-qapilar-Bakida-qapi-modelleri-German-Studio