EVİNİZİ YENİ İL ÜÇÜN NECƏ GÖZƏL BƏZƏMƏK OLAR?

Yeni il - möcüzələrin gözləndiyi bir vaxtdır. Yeni il yalnız hədiyyələr, dostlarınızın və ailənizin yanında bir ziyafət deyil, həm də əla bir əhval-ruhiyyədir. Ən əsası, bu əhval-rühiyyəni əvvəlcədən mənzili bəzəyərkən yaratmağa başlaya bilərsiniz. Yeni il dekoru üzərində düşünmək, yəqin ki, bayrama  hazırlaşmağın ən maraqlı və həyəcanlı mərhələlərindən biridir.  Yeni il dekoru yalnız şam ağacı və işiqlandırmadan ibarət deyil, mənzili bəzəmək üçün bir çox başqa üsullar da var.

 

Interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   Interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

1. Rəng vurğuları

Şam ağacınızın hansı rəng və üslubda bəzədiləcəyinə öncədən qərar vermək və  oturma otağının interteryerini ona uyğun tamamlamaq lazımdır. Məsələn, əgər siz küknarı ənənəvi qırmızı-yaşıl-qızılı tonlarında bəzəyirsinizsə, otagı həmin rəngdə olan əşyalarla dekor edə bilərsiniz, məsələn yaşıl və yaxud qırmızı şamlar, divan üçün dekorativ qırmızı ədyal, yastıqlar və s.

 

Interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli

 

2. Səbətlər və hədiyyə qutuları

Hədiyyələr Yeni il gecəsinə təqdim edilir, amma heç nə onları gözəl qablaşdırmağa və hələ bayramdan əvvəl interyerə bəzək kimi qoymağa mane olmur. Eyni üslubda olan qablaşdırma seçin, dekorasiyanı yumşaq oyuncaqlar və səbətlərlə tamamlayın.

 

yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar

 

3. Təbii dekorasiya

Vazalardakı çiçəklər qış versiyası ilə əvəz edilə bilər. Quru budaqlardan Yeni il çələngi düzəltmək olar, şüşə vazaları şam qoza və mandarin ilə dolduraraq interyeri bəzəmək olar.

 

yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar

 

4. Qeyri-adi yolka

Salondakı böyük bir şam ağac digər otaqlarda kiçik ağaclarla tamamlana bilər.

 

yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar

 

5. Yeni il printləri

Yeni il əhval-ruhiyyəsini yaratmağın ən asan yolu divanı dekorlu yastıq və ədyal ilə bəzəməkdir. Bu aksessuarlar bütün qış boyunca aktual olacaqdır.

 

yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar

 

6. Yumşaq oyuncaqlar və hekəlciklər

Oyuncaqlar yalnız uşaqlar üçün deyil :) Şirin marallar, qar adamları və pinqvinlər evdəki Yeni il əhval-ruhiyyəsini qoruyacaq. Milad ağacının yanında, divanda, kresloda və ya pəncərədə yerləşdirilə bilər.

 

yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar   yeni-il-german-studio-evinizi-nece-bezemek-olar