METBEX MEBELİ NECƏ SEÇİLMƏLİ

Mətbəx üçün uzun müddət xidmət edə biləcəyi və eyni zamanda evinizin interyerinə uyğun olan metbex mebeli nece seçilməli, sualı yəqinki hamını maraqlandırır. Yalnız xarici xüsusiyyətlərə diqqət yetirmək lazım deyil, hərçənd bu səhvi alıcılar tez-tez edirlər, çünki gözəl zahiri görünüşün arxasında keyfiyyətsiz material və istehsal gizlənə bilər.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli   Interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Müasir mətbəxdə, düzgün və təhlükəsiz şəkildə yerləşdirilmiş müxtəlif məişət texnikası olmadan keçinmək mümkün deyil, məhz buna görə hər bir mətbəx cihazı üçün xüsusi hazırlanmış mətbəx mebeli lazımdır.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-2   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-3

 

Qonaq otağına birləşmiş, yani salon mətbəx sadəcə yemək bişirmək üçün deyil, həm də bütün ailənin bir yerə yığışaraq yemek yediyi və istirahət elədiyi bir məkandır. Bu məqalədə bir mətbəx qarniturun seçimində ən çox maraqlandıran suallara cavab verməyə çalışacayıq.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-6   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-8

 

Bəs metbex mebeli necə seçilməli?

Mətbəx dəstini əldə etməzdən əvvəl onu hansı məqsədlə satın aldığınıza, mətbəxdə yemək bişirməklə tam məşğul olacağınıza və ya özünüzü yarımfabrikatların isitməsi ilə məhdudlaşdıracağınıza qərar verməlisiniz. İlk variant üçün tam mətbəx seçilməlidir, ikincisi üçün isə minimum mebeldən istifadə edərək kifayətlənmək olar. Böyük bir ailəniz varsa, özəl sifarişlə yığılan mətbəx mebellərinə üstünlük verin.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-klassik-metbex-mebelleri   modern-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Metbex mebeli üçün rəng seçimi

İnteryerin rəng həlli, metbex mebeli sonda necə görünəcəyinə böyük təsir göstərir. Mətbəx  monoxrom və yaxud rəngli ola bilər,ümumiyyətlə evin daxili rəng sxeminə əsasən seçiminizi edin.

Mətbəxi bu və ya digər rəngdə görə bilmək üçün əvvəlcə bir dizayn layihəsi hazırlanmalıdır. Yalnız mətbəx qarniturun deyil, dizaynı tamamlamağa kömək edəcək müxtəlif xırda detalların rəngini də nəzərə almaq lazımdır.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-bakida

 

Kiçik mətbəxlər üçün  məkanı visual olaraq genişləndirməyə açıq çalarlar seçmək daha yaxşıdır; tünd rəng tonları isə sahəni vizual olaraq kiçik göstərdiyinə görə, istifədə edilməməsi daha məntiqə uyğun sayılır.

Psixoloqlar iddia edirlər ki, yaşıl mətbəx sakitlik, təhlükəsizlik hissi bəxş edir və  stressi atmağa, bundan başqa, yaxşı iştahanı yaratmağa da köməklik etdiyini söylənilir.

Mavi mətbəxə gəldikdə, əksinə, iştahanı boğduğuna dair bir fikir var. Bu iddiaya yumorla yanaşsaq, necə deyərlər: nə qədər az yeyirsinizsə, o qədər az kilo alarsız!

Amma kulinariya mütəxəssisləri iddia edirlər ki, mavi rəngi yalnız qablarda istifadə etmək lazım deyil və bu rəngli mətbəx heç bir narahatçılığa səbəb olmur.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-german-studio   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-german-studio

 

Mətbəx interyerində sarı və narıncı rəng pis əhval-ruhiyyə və mövsümi depressiyadan azad edəcək, bu rəng günəşli yay ilə assosiasiya olunduğuna görə, mətbəxə rahatlıq və istilik gətirəcək.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-german-studio   modern-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Qırmızı mətbəxə gəldikdə isə, psixoloqların fikri birmənalı deyil, bir tərəfdən qırmızı rəng yaxşı bir iştaha oyadır, digər tərəfdən isə aqressiyaya səbəb ola və həddindən artıq parlaqlığı gözləri qıcıqlandıra bilər, buna görə əksər hallarda qırmızı rəngləri təmiz formada istifadə edilmir və onun tutqun çalarlarına üstünlük verilir.

Mətbəx mebelii hansı materialdan hazırlanmalıdır?

Mətbəxdə müəyyən bir dəsti quraşdırmaq üçün əvvəlcə hazırlandığı materialların xüsusiyyətləri ilə tanış olmaq lazımdır. Aşağıda mətbəxin müxtəlif hissələri üçün ən çox istifadə olunan materiallar verilmişdir:

  • Furnuturlar. Plastik, ağac və ya metaldan istifadə edilə bilər. Plastikə böyük tələbat var, lakin görünüşünü tez itirməyə meyllidir. Buna görə metal və ya ağac detallara üstünlük verilir.
  • Dəzgəh. Ən məşhur dəzgah seçimi, plastiklə üzlənmiş DSP sayılır, çünki qiyməti münasibdir və rəng seçimi boldur. Süni və ya təbii daş daha bahalı və davamlı materiallar hesab olunur.
  • Fasad. Mətbəx interyerində fasadın elementləri laminasiya olunmuş DSP-dən, Akril, Membran, MDF və yaxud MDF boyadan hazırlanır.
  • Önlük. Plitələrdən və ya rütubətə davamlı panellərdən hazırlanır, minimum xidmət müddəti 10 ildir və onlara qulluq eləmək çox asandır.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-german-studio   Interyer-dizayn-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az

 

Əsas funksionallıqdır

Mətbəx mebelinin seçimində funksionallıq böyük rol oynayır və ona diqqət yetirmək lazımdır. Rahat və komfortlu bir mətbəx yaratmaq üçün, şkafların öncədən yerləşdirilməsi daha vacib sayılır. Beləliklə, mətbəx bölməsinin alt hissəsi üçün, müxtəlif hündürlük və formalı siyirmədən (nə üçün nəzərdə tutulduğundan asılı olaraq) istifadə edilməsi tövsiyə olunur.

 

modern-metbex-mebeli-alman-metbex-mebelleri-kuxna-kuhna-mebeli-metbex-mebeli-endirim-qiymet-germanstudio.az   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-alman-metbex-mebeli

 

German Studionun interyer dizaynerləri hər santimetr məkandan fayda ilə istifadə edə bilmək üçün çevirici və çəkilən sistemlərə diqqət yetirməyi tövsiyə edirlər, bu tövsiyə kiçik ölçülü mətbəx sahibləri üçün xüsusilə əhəmiyyətlidir.

Məişət texnikası mətbəxə necə yerləşdirilməli?

Mebellərin mətbəxə necə yerləşdirilməsinə dair bir neçə qayda var. Belə qaydalardan biri iş üçbucağdır və buraya  aşağıdakılar daxildir: soba, çanaq və soyuducu. Bu komponentlər arasında 50 sm uzunluğu olan bir dəzgah yerləşdirilə bilər. Bu məsafə, yemək bişirərkən bir elementdən digərinə keçməyə çox enerji sərf etməmək üçün nəzərdə tutulub. Məişət texnikası da məhz bu iş üçbucaqda yerləşdirilməlidir.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-alman-metbex-mebeli   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-alman-metbex-mebeli

 

Məsələn, mikrodalğalı soba soba ilə birləşdirilə və çoxlu sayda qabları multivarka əvəz edə bilər, bütün bu cihazlar həyatımızı asanlaşdırır və mətbəx sahəni genişləndirir.

 

metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-alman-metbex-mebeli   metbex-mebelleri-nece-secilmelidir-metbex-mebeli-alman-metbex-mebeli

 

Yekun olaraq vurğulayaq ki, mətbəx üçün mebel seçərkən ilk öncə onu hansı məqsədlə istifadə ediləcəyi barədə düşünməyə dəyər, rəng çalarları və funksionallığa xüsusi diqqət yetirmək lazımdır. Sonda qeyd edək ki, xəyallarınızda olan ideal mətbəx sahibi olmaq istəyirsinizsə, bütün istəklərinizi dinləyib onları professional şəkildə reallaşdıracaq təcrübəli bir dizayn qrupuna müraciət etmək tövsüyyə olunur.

"German Studio"-nun peşəkar dizaynerləri sizin studio mətbəxiniz və digər otaqlar üçün dizayn layihəsini hazırlayacaq. Yeri gəlmişkən, şirkətimizdə mebel sifariş edərkən, dizayn layihəsini pulsuz əldə edirsiniz!