Evinizdən çıxmadan şık və rahat bir interyer yaradın!

     İnsanların sağlamlığı, təhlükəsizliyi və rifahı "German Studio" şirkətinin əsas dəyərləridir.

     Karantin və ya müvəqqəti özünüzü təcrid etmək, təmirin dayandırılmasına və ya interyerin dəyişdirilməsi üzrə planlardan imtina etməyə səbəb deyil! Fabrikamızda, anbarlarımızda və salonumuzda daima mükəmməl nizam və sanitariya gigiyenasına riayət etdik. Koronavirus pandemiyası ilə əlaqədar işçilərimizin və müştərilərin sağlamlığının qorunması üçün əlavə tədbirlər görülmüşdür.  Xüsusilə müştərilərimiz üçün German Studio-dan mebelin seçimini, layihənin işlənib hazırlanması və müqavilənin bağlanmasını məsafədən təşkil etdik.
     Epidemioloji vəziyyəti nəzərə alaraq, mebel almaq üçün salonumuza gələnlərin sayını minimuma endiririk. Artıq “German Studio” – da Mətbəx mebeli, Qarderob, Tv Stend, Otaq qapıları və Hamam otağı mebelləri evinizdən çıxmadan sifariş etmək imkanı yaradılıb. İstəkinizə uyğun olaraq dizaynerlərimiz evinizə uyğun fərdi dizayn-layihəni Sizlərə tam ödənişsiz hazırlayıb gönərə bilər. Dizayn-layihəniz Sizə elektron poçtla və ya sizə rahat olan messenger (WhatsApp, Facebook Messenger, İnstagram və s.) vasitəsi ilə göndəriləcək. Hal-hazırda şirkətimiz, evdən çıxmadan onlayn istifadə edilə bilən yeni xidmətləri inkişaf etdirir.  

İndi mebel salonlarına gəlməməyin daha yaxşı olduğunu düşünürsüzsə,  Sizin hər şeyi onlayn izləyə biləcəyiniz üçün çox sayda foto və video material hazırladıq.

german studio - alman metbex mebelleri - metbex mebeli onlayn sifaris et

 

 

“German Studio” Metbex Mebelleri

     Bildiyiniz kimi, German Studio-da Almaniyanın məşhur STÖRMER metbex mebelleri̇, həmçi̇ni̇n alman mexanizmləri i̇lə təchi̇z olunmuş öz fabri̇kamızda i̇stehsal olunan GERMAN STUDİO MƏTBƏX mebelləri̇ təkli̇f olunur.
     Störmer Alman metbex mebelleri Alman keyfiyyətinin İtalyan üslubu ilə unikal birləşməsidir. Salonumuzda Ştörmər şirkətinə məhsus 300 növ fasan növü görə bilərsiniz. Bu gün Alman istehsalı metbex mebelleri dünyanın hər yerindən alıcılar tərəfindən seçilir. Mətbəxin ideal təsəvvürinizə uyğun olmasını istəyirsinizsə, o zaman mətbəxinizi Alman mebel şirkətlərinə etibar edin. 

    Almaniya istehsal gücündən istifadə edərək sifarişçinin fərdi eskizləri əsasında fabrikimizdə sifarişlə mebel istehsalı xidmətləri təqdim edirik.  İstehsalda yüksək keyfiyyətli material və mexanizmlərdən istifadə olunur.  

Materiallar:

Egger - Alman istehsal keyfiyyətinə sahib bir Avstriya şirkətinin materialıdır: güclü, etibarlı, davamlı, temperatura qarşı davamlı, həm Avropa Birliyində, həm də ölkəmizdə bütün ekoloji təhlükəsizlik tələblərinə cavab verir.

Alvic – İspan istehsalı olan Alvic materialı dünyada analoqu olmayan inanılmaz parıltıya malikdir. Müxtəlif rəng palitrası istənilən rəngdə metbex mebeli seçməyə imkan verir.

 

Mexanizmlər:

Hettich – furnitur və mebel komplektləşdiricilərinin istehsalı sahəsində dünya liderlərindən biridir. Hər gün şirkətin 6.700-dən çox əməkdaşı öz biliklərini mebel üçün ağıllı texnikanın inkişafına sərf edirlər.

Blum - müasir mebel üçün yüksək keyfiyyətli Avstriya aksesuarlarıdır. Təcrübədə hətta ən sadə Blum mətbəx aksesuarı yemək sahəsini yığcam, erqonomik, multifunksional edir.

SALICE - mebel üçün yüksək keyfiyyətli komponentlərin İtalyan istehsalçısı. SALICE - İtaliyada birincilərdən biri - istehsalın ekoloji təmizliyini və təhlükəsizliyini təsdiqləyən İSO 9001 və ISO 14001 sertifikatlarını alıb.

Kesseböhmer mətbəx üçün quraşdırılan avadanlığın, hamam otağı üçün aksessuarların, həmçinin müxtəlif mebel furniturasının aparıcı istehsalçısıdır. Ailə biznesi 1954-cü ildə açıldı, bu gün 2000-dən çox işçisi var. Evdar qadınlar üçün quraşdırılmış Kesseböhmer avadanlıqlarında mətbəx əşyaları saxlamaq çox rahatdır.

 

Onlayn Mebel Sifarişi 

German Studio-dan "ÖDƏNİŞSİZ ONLAYN DİZAYN"  xidmətiylə Sizlərə təklif edirik:

-       Dizaynerlərimizdən ətraflı məsləhət almaq.  İnteryer dizayner məsləhəti - bir dizayn layihəsinin işlənməsi üçün birinci və ən vacib mərhələdir, bu müddətdə istəklərinizi izah edəcək, bizim  studiyamızın portfoliosuna baxacaqsınız və əlbəttə ki, trenddə nəyin olduğunu və interyeriniz üçün onları ən yaxşı istifadə edəcəyinizi öyrənəcəksiniz.

-       Texniki layihə.   Sxemlər, cizgilər, rəqəmlər və qrafiklər – bizim dizaynerimiz texniki cəhətdən düzgün təmir və tikinti işlərini təminatı üçün lazımi məlumatları verəcəkdir.  German Studio –da interyer dizaynı sifariş etməklə, öz evinizi peşəkarlara etibar etmək deməkdir.

-       3D interyer layihənin hazırlanması.  Bütün müzakirələr geridə qaldıqda, yəni planlaşdırma təsdiq olunanda, rənglər və fakturalar seçildikdən sonra, sehrli bir çubuq dalğası ilə (əslində uzunmüddətli və əziyyətli işlərdən sonra) xəyal etdiyiniz interyer şəkillərdə canlanır. 3D interyer layihənin hazırlanması, bəlkə də işin ən maraqlı hissəsidir, çünki gələcək təmir təsvirini və rəngləri bütün detallarda görən müştərinin yanan gözlərindən daha yaxşı heç nə ola bilməz.    

-       Tərəfdaşlarımızın və Avropanın tanınmış istehsalçılarının ən yeni məhsulları ilə tanış olmaq

-       Sərfəli endirimlərimizdən yararlanmaq

    “German Studio”-da mənziliniz, eviniz, ofisiniz və ya restoranınız üçün dizayn xidmətlərini ONLAYN sifariş edərək (biz istənilən obyektlərlə işləyirik), Siz Almaniyanın qabaqçıl mebel fabriklərinin innovasiyalarla dolu imkanlarla və son Alman və İtalyan dizaynerlərin zövqlə tərtib etdikləri modelləri öz interyerinizdə tərtib edə bilərsiniz. İnteryer dizayn xidmətlərini sifariş edərək, bir xəyal qurduğunuz evin mükəmməl şəkilini alacaqsınız, hansında ki, kiçik detallara qədər bütün arzular nəzərə alınacaq. Sizin rahatlığınız üçün bizdə tam ÖDƏNİŞSİZ ONLAYN DİZAYN  imkanıyla XİDMƏTİNİZDƏYİK!

Ətraflı məlumat üçün 055 888 88 15 nömrəsi ilə  bizimlə əlaqə saxlayın.