MADE IN GERMANY

Made İn Germany – fərqi.  Əslində Almaniya adı gəldikdə ilk yada düşən keyfiyyət və dəqiqlikdir. Bu amillər özünün mətbəx mebellərində daha qabarıq önə çıxarır. Mətbəx dedikdə təbii ki, ilk ağla gələn funksionallıq, keyfiyyət və istifadə rahatlığı olur. Məhz Alman mətbəxləri bu 3 kriteriyaya görə dünyadan ən çox satılan mebellərdir.

Made in Germany – funksionallıq. Aparılan araşdırmalara görə mətbəx mebellərinin funksionallığına təsir edən əsas kriteriyalar mətbəxlərin ölçü sistemi və mexanizmlərdir. Alman mətbəx mebelləri  insan erqonomikasının xüsusiyyətlərini nəzərə alaraq istehsal edilir. Mebel sadəcə gözəllik üçün deyil, həmçinin mətbəxdə maksimum konfortun yaradılması üçün hazırlanır. Bütün mexanizmlər sistematik şəkildə mətbəxdə xanımların işinin yüngülləşdirilməsi üçün tətbiq edilir. Bu dəyərlər alman mətbəxlərindən başqa heç bir istehsalçıda rast gəlinmir.

Made in Germany – keyfiyyət. Məlumdur ki, mətbəx evdə istifadə edilən güşədir. Təkrar olunmaz alman keyfiyyəti və dəqiqliyi burada bizim köməyimizə çatır. İstifadə edilən çoxsaylı keyfiyyət testlərindən başqa, həmçinin sağlamlıq testlərindən keçir. İstifadə edilən materiallar sırf mətbəx şəraitinə uyğun seçilmişdir və illərlə keçsə belə heç bir deformasiyaya uğramır. Mebellər insan sağlamlığına qarşı ən tam yararlı materiallarla istehsal edilir, burada alman proqmatikliyi özünü göstərir. Təsadüfi deyil ki, Alman mətbəxləri  istifadə müddətinə və satış rəqəmlərinə görə dünyada  birinci yerdədir.

Made in Germany – istifadə rahatlığı. Mətbəx mebellərin modullu istehsal edilməsi xanımların mətbəxdə tam rahat olmasını asanlaşdırır. İstifadə edilən ekskluziv aksessuarlar mətbəxdə bütün şeylərin öz yerində olmasını təmin edir.

German Studio Almaniyanın elit mətbəx mebellərinin ekskluziv tərəfdaşı olaraq Sizləri öz salonuna dəvət edir!