MƏTBƏX MEBELİ

GERMAN STUDIO Almaniyanın məşhur
STÖRMER mətbəx mebelləri̇ni̇ , həmçi̇ni̇n alman mexanizmləri i̇lə təchi̇z olunmuş öz fabri̇kamızda i̇stehsal olunan GERMAN STUDİO MƏTBƏX mebelləri̇ni̇ təkli̇f edi̇r

STÖRMER MƏTBƏX MEBELLƏRİ GERMAN STUDİO MƏTBƏX MEBELLƏRİ
QARDEROBLAR

QARDEROBLAR

Qarderob və qarderob otaqlarının düzgün layihələndirilməsi və alman mexanizmlərindən istifadə etməklə hazırlanması və quraşdırılması

ƏTRAFLI OXU
TV STENDLƏR

TV STENDLƏR

İstənilən ölçüdə və 300-dən artıq rəng seçimindən ibarət TV stend və modellər

ƏTRAFLI OXU
OTAQ QAPILARI

OTAQ QAPILARI

Otaq qapılarının istənilən ölçüdə İtaliya və Almaniya mexanizm və dəstəklərdən istifadə etməklə istehsalı

ƏTRAFLI OXU
HAMAM OTAĞI MEBELİ

HAMAM OTAĞI MEBELİ

Özəl ölçü və düzgün proporsiyalarla layihələndirilmiş və istifadəsi tam rahat olan hamam otağı mebelləri

ƏTRAFLI OXU
İNTERYER HƏLLƏRİ

İNTERYER HƏLLƏRİ

İnteryer həllərini xidmətini sifariş edərək, bir xəyal qurduğunuz evin mükəmməl şəkilini alacaqsınız, hansında ki, kiçik detallara qədər bütün arzular nəzərə alınacaq.

ƏTRAFLI OXU

German Studio-da Störmer Mətbəx Mebelləri

...
Fenix & Boch Mətbəx mebeli
...
Cara Mətbəx mebeli
...
Gocciadoro Mətbəx mebeli

German Studio Mətbəx Mebelləri

...
Adara Mətbəx Mebeli
...
Afina Mətbəx Mebeli
...
Grenada Mətbəx Mebeli
Störmer fabriki ilə əməkdaşlıq
...
Layihələrimiz
...
Video

Salonumuzda mətbəxi layihələndirən müştərilərin 97% -zı bizim daimi müştərilərimizə çevrilir.

100%

100% fabrik istehsalı

İnteryer

İnteryer həlləri

5 il

Mətbəx mebellərinə 5 il zəmanət

Peşəkar komanda

Alman keyfiyyəti

Hər xırdalıqda keyfiyyət: illik uğurlu iş

ŞİRKƏT HAQQINDA

Mətbəx istənilən mənzilin “ürəyidir“, məhz burada biz ailəmizlə daha çox vaxt keçiririr, həyatın ləzzətini hiss edirik və təbii ki, burada həyatın nə qədər gözəl olduğunu görürük. Təsadüfi deyil ki, mətbəx mənzilin ən çox əhəmiyyət veriləcək sahəsi hesab edilir.

"German Studio" şirkəti 2010-cu ildən fəaliyyətə başlamışdır.  Əvvəlcə şirkətimiz Almaniyadan metbex mebellərini sifarişlə çatdırılmasında ixtisaslaşmışdır. Lakin 2016-cı ildə sifarişlə həm klassik, həm də müasir üslubda metbex mebellerinin istehsalına başladıq. Bu gün salonumuzda yalnız özəl sifarişlə metbex mebeli deyil, həmçinin, qonaq, yataq, hamam otağı mebelləri və daxili qapılar əldə edə bilərsiniz.

   «German Studio» mətbəxinizə gözəllik, estetika, funksionallıqla yanaşı, əsl alman keyfiyyəti gətirir. Bənzərsiz və məhz Sizin zövgünüzə uyğun mətbəx mebelini hazırlamaq üçün Almaniyanın aparıcı mebel istehsalçılarından olan „Störmer“ kimi brendlərini Azərbaycanda ekskluziv olaraq təklif edirik.

Salonumuzda təqdim olunan modellərlə istənilən interyer üçün mebel kompozisiyası seçmək mümkündür. Biz Sizə keyfiyyətli alman mebeli, əfsanəvi alman xidməti ilə yanaşı məkanınızın ekskluziv dizayn həllini təklif edirik!
Müştərilərimiz ən yaxşısına layiqdilər! Biz onların istək və tələblərinə diqqətlə qulaq asırıq və birgə səylərimiz arzuların interyerini reallığa çevrilməsinə gətirib çıxarır. Biz evinizdə bənzərsiz, rahat və komfortlu, təhlükəsiz və texnoloji bir atmosferi yaradırıq.

Yaradıldığımız andan etibarən istehsalın təkmilləşdirilməsi və xidmətin yaxşılaşdırılması üzərində işləyirik. Rahat və xoş əməkdaşlıq üçün hər cür şərait yaradırıq! 10 illik səmərəli və keyfiyyətli işimiz ilə müştərilər arasında nüfuz qazandıq və bununla fəxr edirik.

Niyə görə biz?

  • Bənzərsiz və təkrarolunmaz bir mebel yaratmaq üçün istehsalatı modernləşdiririk, innovativ texnologiyalardan istifadə edirik. Məhz buna görə istehsal etdiyimiz hər bir mebel unikal və rahat olur.
  • Müştərilərimizə mebelin yaradılmasında iştirak etmək imkanı veririk. Beləliklə, müştərilərimiz, istədikləri interyerə ideal şəkildə uyğunlaşacaq mebeli, əldə etmış olurlar.
  • Hazır interyer həllərinin geniş seçimi mənzilinizi istənilən üslubda (klassik, modern, kantri, provans, hay-tech, loft və s.) tərtib etməyə icazə verir.
  •  Hər zövqə uyğun keyfiyyətli dizayn və furnitur

Biz müştərilər üçün ideal şərtlər təklif edirik – sifarişin vaxtında yerinə yetirilməsi, qüsursuz keyfiyyət, münasib qiymət və bütün məhsullara zəmanət. Endirim, aksiya və bonuslardan yararlana bilərsiniz.

Hansı mebel istehsal edirik:

  • Mətbəx
  • Qarderob və qarderob otaqları
  • TV stendlər
  • Otaq qapıları
  • Hamam otaq mebeli
  • Masa və oturacaqlar

Mətbəx mebeli

Alman mətbex mebelleri bir çox üstünlüklərilə bu seqmentdə dünya bazarında lider mövqe tutur. Mətbəx interyerində hər bir əşyanın özünəməxsus yeri var. Lazım olduqda, o hər zaman əlinin altında olacaq. Alman mətbəx interyerində hər bir əşya sahibənin rahatlıq və komfortu təmin etməlidir. Davamlıq və etibarlıq standartı olan alman mebelinin keyfiyyəti müzakirə və sual yaratmır. Sözsüz ki, 10 ildir yerli müştəriləri öz eksklüziv dizaynı və etibarlılığı ilə sevindirən alman mətbəx mebeli salonu „German Studio“-nu, elit keyfiyyət klubuna cəsarətlə aid etmək olar. Dəyərli müştərilərimizin məmmnunniyəti buna sübutudur. Dizaynerlərimiz Almaniyanın aparıcı fabriklərində təlim və təcrübə keçmiş mütəxəssislərdir. Hətta ən kiçik mətbəx üçün ən optimal variantı seçməyə kömək etməyə hazırdırlar – böyük funksionallığı olan erqonomik əşyalar iş sahənizi genişləndirə və istifadə etməkdən əsl zövq bəxş edəcək. Sizə seçim və konsultasiyadan əlavə, həm də Almaniyanın özündə ən yeni texnologiyalardan istifadə etməklə istehsal olunan unikal mətbəx layihələrini təklif edirik. Bizimlə əməkdaşlıq edərək yalnız alman keyfiyyətini deyil, həm də sizi xoş təəccübləndirəcək bir xidməti əldə etmiş olursunuz. Alman istehsalı mətbəx mebeli ilə birlikdə sürət, keyfiyyət, etibarlılıq, əlverişlilik, rahatlıq əldə etmiş olursuz.

“German Studio” alman metbex mebeli salonunda Siz:
 - dizaynerlərimizdən ətraflı məsləhət almaq və mebel sifariş etmək;
 - tərəfdaşlarımızın və Avropanın tanınmış istehsalçılarının ən yeni məhsulları ilə tanış olmaq;
 - sərfəli endirimlərimizdən yararlanmaq;
 - yeni mətbəxiniz üçün geniş çeşiddə təqdim olunan aksesuar və qurulan tipli məişət texnikasını seçim edə bilərsiniz.      

  “German Studio“ fabrikində sifarişlə istehsal olunan mətbəx mebelləri funksional, istifadəsi rahat və vizual cəlbedicidir. Fabrikimizdə istehsal olunan metbex mebellerin bir çox üstünlükləri var:
- Yerli fabrikimizdə yalnız Alman material və furniturasından istifadə olunması;
- Avropa standartlarına uyğun avadanlıqlar;
- Xidmət təcrübəli və peşəkar usta heyəti tərəfindən ərsəyə gətirilir;
- Alman standartlarına uyğun istehsal;
- Əlverişli qiymətlər.

„Störmer Küchen“-dən mətbəx mebeli

 STÖRMER alman mətbəx mebelləri Almaniyada 1958-ci ildən istehsal olunur. Störmer, həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Störmer, İtalyan üslubu ilə Alman keyfiyyətinin unikal birləşməsidir. Sirkətimizdə „Störmər“ şirkətinə məxsus 300 növ fasadlı mətbəxlə tanış ola bilərsiz. Alman istehsal mətbəx mebelləri həm studiya tipli, həm də kiçik ölçülü mənzillər üçün ideal seçimdir. Störmer, ilk növbədə evinizdəki yeni texnologiya deməkdir.

Bu gün Alman istehsalı mətbəx mebelləri dünyanın hər yerindən alıcılar tərəfindən seçilir. Mətbəxin ideal təsəvvürinizə uyğun olmasını istəyirsinizsə, o zaman mətbəxinizi Alman mebel şirkətlərinə etibar edin. Almanlar üçün alıcılara maksimal rahatlıq və Avropa standartlarına uyğun ən yaxşı keyfiyyətin təmin edilməsi vacibdir. Geniş çeşid və variasiya müxtəlifliyi sayəsində hər kəs arzu elədiyi unikal mətbəx interyeri sahibi ola bilər.

  “Störmer” - özəl layihələr əsasında istehsal olunan mətbəx mebelləridir. Məhsulların dəyərinə gəldikd də, material, texnologiya, zaman və bəzi digər nüanslara görə qiymətlər bir neçə alt qrupa bölünür. Beləliklə, müştərilərin həmişə seçim etmə imkanları var.

2010-cu ildə “German Studio” ilə “Störmer Küchen” arasında bir əməkdaşlıq başlanmışdır, hansı ki, bu günə qədər davam edir. Bu gün salonumuzda yalnız özəl sifarişlə metbex mebeli deyil, həmçinin, qonaq, yataq, hamam otağı mebelləri və  daxili qapılar əldə edə bilərsiniz. “German Studio” mətbəxinizə həqiqi alman keyfiyyəti ilə yanaşı gözəllik, estetik və funksionallıq qatacaq. Zövqünüzə görə bənzərsiz və misilsiz mətbəx yaratmaq üçün Azərbaycanda aparıcı Alman mebel istehsalçılarından biri olan “Störmer” kimi eksklüziv markaları təklif edirik.

Qarderob və qarderob otağı

"German Studio"-dan müxtəlif modifikasiyalarda lüks qarderobları müştərilərin bütün istəklərini nəzərə alır. Burada şalvar, kəmər, qalstuk, bluz, pencək, İdman ləvazimatlar, yataq örtüsü dəsti və bir çox başqa əşyaların saxlanılması üçün bölmələr var. Müasir alman furnitur və mexanizmlər qarderobu səssiz və hamar şürüşdürməyə imkan verir, hansıkı mebeldən istifadəni rahat və asan edir. Mebel dekorunda  yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunur. Bu, mebelin möhkəmliyini, istismar müddətini artırır və orijinal görünüşünü uzun illər qoruyur. “German Studio”-da siz, ideyalarınıza, zövqünüzə və məkanın ölçülərinə uyğun olaraq hazırlanmış qarderobu əldə edə bilərsiniz.

“German Studio”-dan qarderob sistemlərinin əsas xüsusiyyətləri

Alman istehsalı olan mebel, üstün keyfiyyətə, praktikliyə, formaların ciddiliyi və lakonizmlə seçildiyi üçün həmişə tələb olunur. Bu xüsusiyyətlər sayəsində qarderoblar istənilən interyeri mükəmməl şəkildə tamamlayır.

Qarderob sistemlərinin əsas xüsusiyyətləri aşağıdakılardır:

    1) Yüksək texnoloji avadanlıqlardan istifadə edərək istehsal olunur. Zavodda mebellərin istehsalı zamanı yalnız müasir texnologiyalar və innovativ avadanlıq tətbiq edilir və məhz buna görə də məhsullar keyfiyyətli və etibarlı alınır. Bu məhsullar orijinal xüsusiyyətlərini itirmədən uzun illər xidmət edəcəklər

    2) Ekoloji təmiz və təbii materiallar. İstehsal olunan mebel allergik reaksiyalara səbəb olmayan və zərərli kimyəvi maddələr yaymayan təbii təhlükəsiz materiallardan istehsal olunur. Mebelin istehsalında istifadə olunan bütün lak və boyalar zərərsizdir və yoxlanılır.

   3) Unikal görünüş. Almaniya istehsalı olan eksklüziv mebel otaqda xoş, rahat TV stend

“German Studio” TV stend modelləri rahatlıq və tərz, erqonomika və orijinal dizaynı birləşdirir. İstehsal zamanı ən yüksək keyfiyyətli materialların istifadəsi heyrətləndirə və sevindirə biləcək qonaq otağı yaratmağa imkan verir. Bütün mebellərimiz uzun ömürlü, yüksək keyfiyyətli, etibarlı, istifadəsi rahat və uzun ilər qüsursuz görünüşü saxlayır. Bir çox televiziya stendi modelinə CD və jurnal kimi müxtəlif ev əşyalarının saxlanılması üçün rəflər və çekmecələr daxildir. Məhsulların əksəriyyəti DVD pleyer və akustiki kolonkalar üçün yerlə də təchiz olunmuşdur. Yaxşı düşünülmüş dizayn, otaqdakı mükəmməl bir nizam-intizamı təşkil etməyə və məkanın arzuolunmaz töküb-töküşdürməkdən qaçmağa imkan verəcəkdir.

Bütün mebellərimiz keyfiyyət və ekoloji təhlükəsizlik sertifikatlarına malikdir.

Otaq qapıları

Qapı dizayn baxımından önəmli bir obyektdir. Çünki bir evə və ya mənzilə girəndə ilk gördüyümüz məhz qapı olur. Buna görə də, qapılar yalnız daxili otaqların deyil, həm də bütün evin ümumi üslubunu nəzərə alaraq seçilməlidir. “German Studio” müştərilərin fərdi tələblərini nəzərə alaraq, lüks qapılar istehsal edir. Bu zaman Siz dizaynın hazırlanmasını mütəxəssislərimizə həvalə edə bilərsiniz və ya hazırlanacaq məhsulun eskizi təqdim oluna bilər.Modellərin çeşidliyi, hər bir müştəriyə ehtiyac və istəklərini tam təmin edir.

“German Studio”, Sizə bütün arzularınızı reallaşdıracaq mükəmməl qapı modellərini təqdim edir. “German Studio” sizə bir çox müasir qapı modellərini təklif edir - şık dizayn elementli, müasir şüşə, təbii şponlu və ya rəngli örtüklü qapılar.

Siz klassikanı sevirsiniz və eyni zamanda müasir üslubun pərəstişkarısınız? O zaman “German Studio”-dan hər zaman aktual olan qapılar tam olaraq axtardığınızdır. İstənilən üsluba uğurla uyğunlaşan qapı modellərini “German Studio”-da asanlıqla tapa bilərsiz.

“German Studiya” uğurlu və fəal inkişafına davam etdirir.

Fəaliyyətinin əhatə dairəsi yalnız istehsal və satış deyil, həm də müştərilərin doğru məhsul seçimi barədə qərar vermələrinə kömək edən hər cür xidmətin göstərilməsi də daxildir.

Hamam otaq mebeli

Saytımızın kataloqunda təqdim olunan elit hamam otaq mebelləri istənilən üslubun standartlarına cavab verən ən funksional məkan təşkil etməyə imkan verəcək. Nəyə üstünlük verdiyinizdən asılı olmayaraq, lüks və ya lakonik dizayn, qızıl bəzək çərçivələri və ya güzgü xəttlərinin sadəliyi, burada istənilən interyer üçün həll tapa bilərsiniz.

“German Studio”-dan olan hamam otağı üçün mebel kolleksiyaları bir sıra üstünlüklərə malikdir:

  • rütubət və temperaturaya davamlı
  • banyo aksesuarları üçün geniş saxlama sistemi
  • mebel əşyalarının erqonomik formaları olması.

Eleqant bir banyo sahənin tərtibatında ən çox istifadə olunan mebel əşyaları aşağıdakılardır:

  • Təbii ağacdan hazırlanmış çanaq altı dolablar
  • Keramik çanaq
  • Quraşdırılmış güzgülü divar şkafı
  • Tekstil saxlanılması üçün dolab
  • Güzgülü panellər
  • Dəsmal asılqanlar
  • Bornozlar üçün döşəmə askıları.

Elit alman hamam otaqların əsas üstünlükləri:

  •  davamlılıq;
  •  funksionallıq;
  •  sadə dizayn.

Banyo mebellərimiz orijinal dizaynı, funksionallığı və mükəmməl keyfiyyəti uğurla birləşdirərək istənilən interyerə ideal uyğunlaşacaqdır.

Biz, "German Studio"-da sizin üçün gözəl, rahat və keyfiyyətli sahəni qurmağa çalışdıq, hansı ki, səhərlər və axşamlar sizi sevindirəcək, öz cəlbedici zahiri görünüşünü ən azı 10 il saxlayacaq!

...
Mətbəx Mebelində Aspirator Necə Seçilir?

Mətbəx mebelində aspirator necə seçilir? Bu dəfəki məqaləmizdə «German Studio» sizə elə bu barədə məlumat verməyə çalışacaq. Mətbəx aspiratorunun əsas vəzifəsi...

...
Qarderob otağı necə dizayn olunur?

Qarderob evin ən vacib interyer əşyalarından biridir, hansı ki, bu gün ki gün, müxtəlif əşyaları saxlamaqdan əlavə, həm də məkanı bəzəyərək, evin görkəmin...

...
Alman yoxsa İtalyan mətbəxi?

Alman və İtalyan mətbəxi iyirmi ildən artıqdır ki, bizim ölkəmizdə mövcuddur. Onlar öz sevimli mətbəxlərinin birinciliyini müdafiə etmək...

...
Mətbəx mebelinə düzgün qulluq.

LDSP və MDF-dən hazırlanmış mətbəx mebellərinə düzgün qulluq.

Taxta materiallardan (laminatlı lövhə və MDF) hazırlanmış...

...
Niyə adalı mətbəx mebeli uğurlu seçim hesab olunur?

"Ada" mətbəx sahəsinin mərkəzində yerləşən müstəqil bir mebel parçasıdır. Yerləşməsinin və funksionallığının...

...
Mətbəx mebelin planlaşdırmanın 9 qaydası - mütəxəssis məsləhətləri

Mətbəx mebelin planlaşdırılması çox məsuliyyətli və asan olmayan bir işdir. Bir neçə santimetr səhv...

...
Özəl sifarişlə hazırlanan mebellərin üstünlüyü nədir?

Aktuallıq və üstünlüklər:
Fərdi eskizlərə əsasən mebel istehsalı artıq nadir bir xidmət sayılmır. Hal-hazırda...

...
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Sizi "German Studio" kollektivi adından Novruz bayramı – təbiətin oyanışını, yenilənməsini və çiçəklənməsini təcəssüm...

...
OTAQ QAPILARIN RENGİNİ SEÇİLMƏSİ

Mənzildə qapılar yalnız praktik deyil, həm də dekorativ funksiyanı  yerinə yetirir. Onlar otağın interyeri ilə...

...
STÖRMER FABRİKİ İLƏ ƏMƏKDAŞLIQ

 STÖRMER alman mətbəx mebelləri Almaniyada 1958-ci ildən istehsal olunur. Störmer, həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Störmer, İtalyan...

...
GERMAN STUDİO-DA SƏHƏR YEMƏYİ

Şəhərimizin sayılıb-seçilən bloggerləri German Studio-da səhər yeməyinə toplaşmışdılar. @raminmusayev.blog, @kubra_maharramova, @afamaryam, @gunelfarhadli, @agilofficial və @slavasapunov...

...
GERMAN STUDİO-DA YENİ KOLLEKSİYANIN TƏQDİMATI

Nərzərinizə çatdıraq ki, German Studio Almaniyanın bir neçə məşhur şirkətləri ilə əməkdaşlıq edir. Bu gün German Studio əməkdaşlıq etdiyi Hettich şirkəti ilə tədbir...

...
GERMAN STUDİO-DA "GRÜNE KÜCHEN" YENİ KOLLEKSİYASI

German Studio şirkətinin məhsulları arasına 2017-ci ildən etibarən Grüne Küchen yeni kolleksiyası əlavə edilir. Kolleksiya özündə alman keyfiyyəti ilə yanaşı, mətbəxdə...