Alman mətbəxi – dizaynerlər üçün müsabiqə

Alman mətbəxi – dizaynerlər üçün müsabiqə

Azərbaycanda alman mətbəx mebellərini vahid konsepsiyası əsasında təklif edən German Studio mart ayının 4-ən, 31-ə qədər dizaynerlə üçün müsabiqə elan edir.

Müsabiqə şərtlərinə görə fərdi dizaynerlər mətbəx mebelinin dizaynları office.germanstudio@gmail.com e-mail ünvanına göndərir. Burada mebellər şirkətin facebook səhfəsində göstərilir. Ən çox “like” yığmış dizayner şirkət tərəfindən hədiyyə ilə təltif edilir.

Həmçinin xatırladırıq ki, German Studio müsabiqədə iştirak edən bütün dizaynerlər üçün xüsusi əməkdaşlıq şərtləri təklif edir. Qeyd etmək vacibdir ki, müsabiqə yüksək templərlə inkişaf edir. Son 5 gün facebook şəbəkəsində 40-an çox şəkil paylaşılıb. Ümumi olaraq şəkilləri 10 000 nəfərdən çox adam bəyənib.

Qalib dizaynerlər aprel ayında şirkətin Bakıdakı satış nöqtəsində keçirilən tədbirdə təltif ediləcəkdir.

German Studio mətbəx mebelli sahəsində yeni keyfiyyət standartları tətbiq edir. Bütün mətbəx mebelləri Almaniyanın aparıcı mebel brendləri tərəfindən istehsal edilir və Azərbaycana tam qurulmuş vəziyyətdə gətirilir. Bunun əsasında mebellər Avropa keyfiyyət standartlarına tam cavab verir.

Mətbəxlər xüsusi kompyuter proqramlarında yığılır ki, bunun əsasında mebellin insan erqonomikasına uyğun istehsal edilməsi və tam vizual gözəlliyi təmin edilir.